Asan Aç

Səyyar DOST

Səyyar xidmət – sifarişçiyə onun sifarişinə mərkəzdən kənarda xidmət göstərilməsidir.

Səyyar xidmət göstərilməsi sifarişçidən tələb olunan sənədlərin təhvil alınmasını və (və ya) hazır sənədlərin ona təhvil verilməsini nəzərdə tutur.

Səyyar xidmətin göstərilməsinə dair sifariş aşağıdakı üsullardan biri ilə verilir:

  • “Çağrı mərkəzi”nə zəng etməklə;
  • Agentliyin internet saytının “səyyar xidmətlər” bölməsində səyyar xidmət göstərilməsinə dair sifariş formasını doldurmaqla;
  • Mərkəzə birbaşa zəng vasitəsilə müraciət etməklə.

Səyyar xidmət göstərilməsi zamanı Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin tələb edilmir.

Səyyar xidmət göstərilməsi ilə bağlı tərəflər arasında münasibətlər, tərəflərin hüquq və vəzifələri, səyyar xidmət göstərilməsinin şərtləri və müddətini nəzərə alınmaqla, müqavilə ilə tənzimlənir.”

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi